ризваниада. выпуск второй
GERQAÇ VƏNGİ (XIII)
Bu alban kilsəsi Gərnibasar mahalının Ellər rayonunda, Qoğt(Azat) çayının vadisində, paytaxt İrəvan şəhərindən təxminən 40 km cənub-şərqdə yerləşir.
Monastırın ətrafındakı qayalıqlar, Azat çay dərəsinin tərkib hissəsi sayılır və monastır kompleksi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Kompleksə daxil olan məbədlərin bəziləri tamamilə qayaların içində yonulduğu halda, bəziləri qaya içində yonulmuş tikililərlə hörgü memarlığının mürəkkəb birləşməsi nəticəsində formalaşdırılmışdır.
Monastır kompleksinin ərazisində çoxlu sayda daş divarların daxilində oyulmuş və ya sərbəst dayanan "xaçkarlar" - yəni ənənəvi türk daş xatirə stelaları yerləşir. Ermənistanda turistlər tərəfindən ən çox ziyarət olunan tarixi abidə məhz Gerqaç monastırı hesab olunur. Geqarda gələn insanların çoxu həmçinin yaxınlıqda, yəni Azat çayının aşağı axınında yerləşən Gərni məbədini də (hansı ki, öz quruluşuna görə məşhur Parfenon məbədini xatırladır) ziyarət üçün seçirlər.
Monastırın əsası IV əsrdə, mağarada başlanan müqəddəs bulağın yerində qoyulmuşdu. Buna görə də, monastır başlanğıcda Əyrivəng (erm. Այրիվանք) adlanırdı (tərcümədə "mağara monastırı").
Rəvayətə görə, monastırın təsisçisi Maarifçi Qriqori idi.İlk monastır binası IX əsrdə ərəblər tərəfindən məhv edilmişdi. Əyrivəngin daha öncəki tikililərindən heç birisi salamat qalmamışdı. IV, VIII və X əsrlərdə yaşamış ağvan tarixçilərinin məlumatına görə, monastır kompleksinə dini tikililərdən əlavə olaraq, həmçinin yaxşı təchiz edilmiş yaşayış və xidmət binaları da daxil idi.
923-cü ildə Ərəb xilafətinin vitse-regenti Nəsr Albaniya ərazisinin idarə olunması üçün təyin edilmişdi və onun dövründə Əyrivəng çox ciddi zədələnmişdi və o, bütün qiymətli əşyaları və o cümlədən nadir əlyazmaları talan etmiş, əzəmətli monastır binalarını isə yandırmışdı. Daha az əhəmiyyətli zərərə isə zəlzələlər səbəb olmuşdu.
Yazılı kitabədə 1160-cı il qeyd olunmasına baxmayaraq, əsas kapella iki qardaş İvane və Zakare Zaxarın himayəsi altında 1215-ci ildə inşa edilmişdi. Onların hər ikisi, alban məlikləri idilər. Qismən azad duran, qismən isə qaya içinə oyulmuş Qavit (və ya pritvor) 1225-ci ildə, qaya süxurlarının daxilində həkk olunmuş kiçik kilsələr isə XIII əsrin ortalarında inşa edilmişdi. Bunun ardından, monastır
Zakarların canişini və Proş knyazlığının əsasını qoymuş knyaz Proş tərəfindən alınmışdır. Qısa müddət ərzində, Proşlar ikinci mağara kilsəsi, tayfa sərdabəsi, Papak və Ruzakanın jamatunu, görüş və təlim otağı (XX əsrin ortalarında dağılıb), keşiş hücrələrinin və digər Geqarda layiqli şöhrət qazandırmış mağara tikililərin inşaatına başlamışdılar. Qavitin şimal-şərq hissəsində uzanan otaq 1283-cü ildə Proşun türbəsinə çevrilmişdi. Burada həmçinin bitişik otaq da vardır, otağın girişini Proş sülaləsinin gerbi (caynağında quzunu saxlayan qartal) bəzəyir. Qavitin qərbindəki pilləkənlər 1288-ci ildə Papak Proş və onun həyat yoldaşı Ruzakan üçün oyulmuş dəfn otağına aparır.1200-cü ildə Proşlar monastır kompleksini su sistemi ilə təchiz etmişdilər. O dövrdə Gerqaç həm də "Yeddi kilsə monastırı" və ya "Qırx altar monastırı" kimi tanınırdı. Hər tərəfdən monastırı qayalıqlar, mağaralar və xaçkarlar əhatə edir.
"Gerqaçvəng" adı ilk dəfə 1250-ci ilə aid sənədli mənbələrdə qeyd olunmuşdu. Bu faktın özü monastırı əsrlər boyu alban türkləri üçün məşhur ziyarətgah yerlərindən birinə çevirmişdi. Apostollar Andrey və İoannın müqəddəs əmanətləri isə monastıra XII əsrdə bağışlanmışdı. Mömin ziyarətçilər sonrakı əsrlər boyunca monastıra əlavə torpaq ərazilərini, pullar, əlyazmalar və s. bu kimi hədiyyələr bağışlayırdılar.
XII əsrdə mağara hücrələrinin birində məşhur ərmən türk tarixçisi Mxitar Ayrivanetsi yaşamışdı. Əfsanəvi nizədən savayı, tətbiqi incəsənətə aid heç bir əşya qorunub saxlanılmamışdı. Nizə dəstəyinin sonuna kənarları genişlənən yunan xaçı ilə bəzədilmiş rombşəkilli lövhə əlavə olunub. Hal-hazırda Eçmiədzinin zirzəmisində saxlanılan həmin nizəyə 1687-ci ildə xüsusi gümüş və qızıl suyuna çəkilmiş xüsusi bir örtük hazırlanmışdı. Bu örtük, XVII əsr erməni sənətkarlığının ən bariz nümunələrindən sayılır.
Papak və Ruzakanın jamatunu xarici pilləkənlər qismində 1288-ci ildə, Proş türbəsindən şimalda və ikinci səviyyədə inşa olunmağa başlamışdı (o qavitə aparan qapının yaxınlığında yerləşir). Digər tikililər kimi, yuxarı jamatun da qayanın içərisində oyulub. Onun forması, qavitin formasını təkrarlayır. Onun daxilində məliklər Merik və Qriqorun məqbərəsi, eləcə də digər şahzadələrin qəbirləri yerləşir (qəbirlər hal-hazırda itkin düşüb). Divardakı yazı göstərir ki, jamatunun inşası 1288-ci ildə tamamlanmışdı. Yuxarı jamatuna aparan dəhlizin cənub hissəsində çoxsaylı xaçlar cızılıb. Bütöv daşın içərisində oyulmuş sütunlar, trazpesiya çərçivənin içərisinə uyğunlaşdırılmış, planda kvadrat şəklində olan və daha kiçik ölçülərə malik yarımdairəvi tağları saxlayırlar. Onlar sferik (kürəvi) günbəzin əsasını təşkil edirlər. Günbəzin zirvəsindən otağa işıq daxil olur; otağın sağ küncündə yaradılmış dəlikdən isə, türbənin aşağı mərtəbəsini görmək imkanl yaradılır. Müqəddəs Maarifçi Qriqori kapellası (əvvəlki adı
Tanrı Anası kapellası) 1177-ci illər arasında inşa edilmişdi. O, monastır girişindən yüz metr aralıda, yolun üzərində yerləşir. Kapella qismən bərk qayanın içərisində yonulub və, çox güman ki, onun strukturuna oradakı qayanın forması təsir göstərib. Düzbucaqlı planı olan və nalşəkilli apsidaya malik kapella, şərq və şimal-şərqdən müxtəlif səviyyələrdə qazılmış və hətta bir-birinin üstündə yerləşən əlavə tikililərlə və dəhlizlərlə birləşir. Suvaq izləri və fraskaların qalıqları, kapellada bir zamanlar nəqqaşlıq nümunələrinin olduğunu göstərir. Müxtəlif ornamentləri olan xaçkarlar, həm xarici divarlara quraşdırılıb, həm də ətrafdakı qayalar üstündə cızılıb.
Müxtəlif dövrlərdə məbəd Ayrıvəng, Əyrivəng, Yuxarıvəng, Gögart, Gerqaç adları ilə tanınmışdır ki, bunların hamısı türkcədir. Yerli danışıqda kəndin, məbədin və onların yerləşdiyi dərənin adı Görgəc kimi tələffüz olunurdu.
Məbəd hal-hazırda erməni işğalı altındadır.
Paşa Əsədov
тут у нас албанская церковь гергач, что в сорока километрах от города эривань. албания оказывается доходила до еревана. там есть хачкарлары и это традиционные тюркские памятники. у нас маарифчи григори это сами понимаете кто. вообще, как я понимаю, "маариф" это "просвещение", в научном значении. но григорий не был научным просветителем, он был святителем, он просветил народ в духовном понимании. но разве эти тонкости важны для фальсификаторов? главное тупо переделать на свой лад. у нас наср - регент албании в 10 веке. у нас братья иване и захаре закарлары, и оба они были албанскими мяликами. у нас эрмэн-тюркский (оказывается и такое было) тарихчи (историк) мхитар айриванеци. ну и наконец различные тюркские наименования монастыря: айрывянг, эйривянг, юхарывянг, гёгарт, гергач; видимо все это на тюркском так и написал мхитар. ну а больше всего мне понравилось "танры анасы" - "матерь божья"